Tibb mərkəzinin direktoru 15 milyon qrivnadan çox (400 min dollardan çox) bürcə vəsaitinin mənimsənilməsi və leqallaşdırılması faktları üzrə qeydə alınmış cinayət işində müttəhimdir.
Lent.az xarici mediyaya istinadən bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ternopil vilayətindən olan falçı tibb mərkəzinin direktoruna 300 min dollar müqabilində kiyevli vəkilin iştirakı ilə cinayət işinin bağlanmasına kömək edəcəyinə söz verib, lakin sonda hər ikisi dələduzluqda şübhəli bilinib.
Tibb mərkəzinin direktoru istintaq zamanı onun maraqlarını təmsil edəcək Kiyevdən olan vəkilə müraciət edib və vəkil hüquq-mühafizə orqanlarının nümayəndələrinə pul qarşılığında təsir göstərəcəyini vəd edib. Lakin vəkil pulun bir hissəsini (10 min dollar) alarkən saxlanılıb.
İstintaq tədbirləri davam etdirilir, cinayətdə iştirakı güman edilən digər şəxslərlə bağlı araşdırma aparılır.