Ukrayna sərhədinə saxlanılan azərbaycanlılar
06 dekabr 2021 09:32 (UTC +04:00)

Ukrayna sərhədinə saxlanılan azərbaycanlılar

Ukraynaya gizli getmək istəyən 4 azərbaycanlı saxlanıldı - FOTO

Ukrayna sərhədçiləri Rusiya ilə sərhəddə 4 Azərbaycan vətəndaşını saxlayıb.

Lent.az-ın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, onlar gecə saatlarında sərhədi keçib Ukraynaya getmək istəyiblər. Sərhəd pozucularına Ukrayna vətəndaşı bələdçilik edirmiş. Saxlanılanlar Luqansk vilayətinin Krasni Derkul yaşayış məntəqəsində ələ keçiriliblər.

Onların üstündən narkotik və digər qeyri-qanuni əşyalar tapılmayıb. Həmin şəxslərin pasportları götürülüb və barələrində istintaq araşdırmaları aparılır.

# 2025
avatar

Mehman Nəbiyev

Oxşar yazılar