İvanovo vilayətində Azərbaycan vətəndaşları yerli sakini öldürməyə cəhd ediblər.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin mətbuat xidməti bildirir ki, bu fakta əsasən, regional istintaq orqanları cinayət işi üzrə araşdırma aparır.
Qeyd olunur ki, istintaq üç təqsirləndirilən şəxsin həbs olunması üçün məhkəməyə vəsatət verib. Məhkəmənin istintaqın mövqeyini dəstəkləmədiyi bildirilir.
İnsan haqları təşkilatlarından biri KİV-də Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə müraciət edərək, təqsirləndirilən şəxslərə qarşı həbs-qətimkan tədbiri ilə bağlı məhkəmənin qərarını tənqid edib.
Bildirilir ki, Aleksandr Bastrıkin İvanovo vilayəti üzrə İstintaq Komitəsinin rəhbəri vəzifəsini icra edən Artyom Sosnovikova cinayət işinin istintaqının gedişi və nəşrin arqumentləri barədə məlumat verilməsi ilə bağlı göstəriş verib.