Tovuzda məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
11 aprel 2025 10:59 (UTC +04:00)

Tovuzda məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Tovuzda məktəbdə zəhərlənmə hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 5 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, məktəblilər sinif otağında sobadan ayrılan tüstüdən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930

Oxşar yazılar