Tovuzda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Kənd sakini Fəqan Rzayev bir müddət əvvəl satdığı evi yandıraraq, daha sonra özünü asıb.
Yerli sakinlərin Lent.az-a verdiyi xəbərə görə, hadisəyə səbəb mərhumun evi satdığı şəxsin ona 1400 manat borclu olması olub.
Belə ki, borcunu ala bilməyən Fəqan evə od vuraraq özünü asıb.
Qeyd edək ki, F. Rzayev ailəsindən ayrılıb tək yaşayırmış.