"Topaz" dan külli miqdarda pul OĞURLANDI
29 dekabr 2021 14:55 (UTC +04:00)

"Topaz"dan külli miqdarda pul OĞURLANDI

0

Sumqayıtda oğurluq hadisəsi olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, dekabrın 22-də şəhər ərazisindəki “Topaz” mərc oyunları məntəqələrinin birindən 6500 manat pul oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Salyan rayon sakini Ə.Hüseynov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2020

Oxşar yazılar