Türkiyədə polis faciəli şəkildə ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Sarıyer qəsəbəsində qeydə alınıb. Xüsusi yerləri mühafizə edən polis məmuru Muhammet Erdem Yiğit atış təlimindən sonra motosikleti ilə evə qayıdıb. Qəfil motosiklet idarəetmədən çıxıb və döngədə avtomobillə toqquşub.
Xəstəxanaya yerləşdirilən gənc polis orada ölüb.
Araşdırma aparılır.