Moskvada münaqişə zamanı taksi sürücüsü travmatik tapança ilə sərnişinin başına bir neçə dəfə atəş açıb.
Lent.az xəbər verir ki, hadisə beynəlxalq magistral yolda baş verib. Qeyd olunduğu kimi, sərnişinlə mübahisə zamanı avtomobilin sürücüsü avtomobili yol kənarındakı metal səddə çırpıb.
Bundan sonra o, travmatik tapançadan sərnişinin başına bir neçə dəfə atəş açıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. 1968-ci il təvəllüdlü taksi sürücüsü saxlanılıb.
İlkin məlumata görə, mübahisə zamanı sərnişin sürücüyə hücum edib və onu boğmağa başlayıb. Buna cavab olaraq sürücü qaydanı pozan şəxsə atəş açıb.