Sumqayıtda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, 20-25 yaşlarında bir kişi özünü dənizə ataraq həyatına son qoyub.
Onun meyiti bu gün Xəzər dənizinin Corat qəsəbəsi sahilindən tapılıb.
İntihar edənin şəxsiyyəti və onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil..
Faktla bağlı araşdırma aparılır.