Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə ötən gecə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.
Məlumata görə, 2015-ci il təvəllüdlü C.C, qardaşları - 2018-ci il təvəllüdlü M.C, 2019-cu il təvəllüdlü H.C, bacıları - 2024-cü il təvəllüdlü G.C və 2021-ci il təvəllüdlü A.C yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.