Sumqayıtda 34 yaşlı kişi tanışını bıçaqladı
23 iyun 2023 11:57 (UTC +04:00)

Sumqayıtda 34 yaşlı kişi tanışını bıçaqladı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

1989-cı il təvəllüdlü Ağayev Pərviz Xəlil oğlu tanışı 1993-cü il təvəllüdlü Babayev Şəhriyar Məmməd oğlunu aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı bıçaqlayıb. Pərviz  Ağayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Arzu Qurbanlı

Oxşar yazılar