Sumqayıtda 12 minlik DƏLƏDUZLUQ: mebel alverçiləri tutuldu
04 dekabr 2025 16:21 (UTC +04:00)

Sumqayıtda 12 minlik DƏLƏDUZLUQ: mebel alverçiləri tutuldu

0

Sumqayıt şəhərində dələduzluq faktları qeydə alınıb.

Lent.az xəbər verir ki, zərərçəkənlərdən birinin “mebel alqı-satqısı” adı altında, digərinin isə “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 12000 pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olub.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 40 yaşlı T.Allahyarov və 49 yaşlı A.Allahyarov müəyyən olunaraq saxlanılıblar.
 
Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşın bank kartında olan pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı M.Əliyev də saxlanılıb.
 
Faktlar üzrə araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar