“Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşməsi  ilə bağlı araşdırma başladı - RƏSMİ
30 iyun 2025 17:57 (UTC +04:00)

“Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşməsi ilə bağlı araşdırma başladı - RƏSMİ

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.

İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Əlavə məlumat veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar