Bu gün səhər saatlarında Siyəzən rayonunda baş verən yol qəzasında ölənlərdən ikisi orta məktəb müəllimidir.
Lent.az APA-ya istinadla bildirir ki, qəzada həlak olan iki nəfərin Siyəzənin Məşrif kənd tam orta məktəbinin müəllimləri olduğu bildirilir.
Qəza nəticəsində ölən digər şəxs isə “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü Qənimət Hümbətovdur.
Faktla bağlı araşdırma aparılır.