Rusiyanın Novosibirsk şəhərində sərnişin təyyarəsi havaya qalxarkən yanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Novosibirskdən Moskvaya uçan “S7 Airlines” şirkətinin “Boeing-737” təyyarəsi havaya qalxdıqdan az sonra yanmağa başlayıb. Pilot təcili eniş etmək məcburiyyətində qalıb. Təyyarədə 176 nəfər olub və onlardan heç biri xəsarət almayıb.
“Boeing-737”nin istismarı dayandırılıb və sərnişinlər müvəqqəti olaraq hava limanında yerləşdirilib. Hazırda onlar üçün ehtiyat təyyarə hazırlanır.