Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 6-da saat 00:10 radələrində Şəki şəhəri ərazisində Rövşən Muradov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Qəribə Həmid qızı Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.