Səbuhi Xanlarov
21 dekabr 2021 15:38 (UTC +04:00)

Səbuhi Xanlarov

Səbuhi Xanlarov keçmiş polisdir? DİN-dən CAVAB

2

Sosial şəbəkələrdə Səbuhi Xanlarovun Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olması barədə xəbərlər yayılıb.

Lent.az xəbərinə görə, S. Xanlarovun canlı yayımda bildirib ki, əvvəllər daxili işlər orqanlarının əməkdaşı olub və hazırda DİN-dən təqaüd alır.

Onun açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Səbuhi Xanlarov ad-soyadlı biri daxili işlər orqanlarında xidmət keçməyib: "Həmin ad-soyadda biri Daxili İşlər Nazirliyinin təqaüdçüsü də deyil".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 8549

Oxşar yazılar