Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, jurnalistin vəziyyəti ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədli bu gün saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.