1999-cu ildə silahlı qiyamda iştirak edən Şamil Basayevin dəstəsinin daha bir üzvü Dağıstanda saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Daxili İşlər Nazirliyinin və Fedral Təhlükəsizlik Xidmətinin əməkdaşları Qaytaq rayonunun yaşayış məntəqələrindən birində əməliyyat keçiriblər. Nəticədə Şamil Basayev və Xəttabın başçılıq etdiyi silahlı dəstələrin tərkibində olan şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
İstintaqın məlumatına görə, saxlanılan şəxs 1999-cu ilin avqustunda “Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaq məqsədi ilə” Botlix rayonunda silahlı qiyamda iştirak edib.
Həmin ilin avqustunda Basayev və Xəttabın azı 1000 nəfərdən ibarət dəstəsi silahlı üsyanda və Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin həyatına qəsddə iştirak edib. Silahlıların atəşə tutması nəticəsində 33 hərbçi həlak olub, daha 34 nəfər yaralanıb.