Salyanda  QƏTL   baş verib - TƏFƏRRÜAT  -YENİLƏNİB
24 may 2022 09:58 (UTC +04:00)

Salyanda QƏTL baş verib - TƏFƏRRÜAT -YENİLƏNİB

Salyanda baş verən qətlin təfərrüatı məlum olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 24-ü saat 1 radələrində rayon sakini 52 yaşlı Natiq Əhmədovun öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayon sakini 31 yaşlı İnsanağa Əsgərov qeyd edilən tarixdə küçədə yolu piyada keçən Natiq Əhmədova yaxınlaşaraq kəsici-deşici alətlə onun sol döş qəfəsinə daxilə nüfuz edən və qarının ön divarının sol nahiyəsinə daxilə nüfuz etməyən xəsarətlər yetirib. Nəticədə N. Əhmədov xəstəxanada ölüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

05:08

Salyanda qətl baş verib .

Lent.az APA-nın Mil-Muğan bürosuna isitinadən xəbər verri ki,  hadisə Salyan şəhərində baş verib.

Salyan sakini, 1970--ci il təvəllüdlü Əhmədov Natiq Adil oğlu bıçaqla qətlə yetirilib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb araraşdırma aparılır.

# 3498
avatar

Oxşar yazılar