Salyanda qəzaya uğrayan avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “KİA” markalı avtomobili idarə edən 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzəağa oğlu idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşırıb.
Hadisə nəticəsində yüngül xəsarət alan sürücü avtomobili qaldırmaq üçün kran çağırıb.
Avtomobili hadisə yerindən qaldıran kranın trosu qırılıb və avtomobil sürücünün üzərinə düşüb və nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.