Rusiya vətəndaşı Zaqatalada bədbəxt hadisənin qurbanı olub.
Lent.az-ın məlumatına görə, hadisə səhər saatlarında rayonun Mamrux kəndində baş verib. Rusiya vətəndaşı, Murmansk vilayətində yaşayan, əslən Mamrux kəndindən olan 56 yaşlı Akif Muradəli oğlu Qurbanov maye qaz daşıyan "QAZ-53" markalı yük maşınına minmək istəyib. Lakin ehtiyatsızlıqdan yıxılaraq, yük maşınının təkəri altına düşüb.
Ağır xəsarətlər alan A. Qurbanov Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.