Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi
31 oktyabr 2024 12:09 (UTC +04:00)

Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Ədilov Qədim Ədil oğlu, İsrafilov İlqar Etibar oğlu, Qəribov Namiq Ağaxan oğlu, Hüseynov Mahir Zahir oğlu və Abbasov Vahid Edilman oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2677

Oxşar yazılar

Autizmli uşaq onuncu mərtəbədən yıxılıb öldü

Autizmli uşaq onuncu mərtəbədən yıxılıb öldü

13 iyun 2025 , 14:21
Beş uşaq evdə diri-diri  yandı

Beş uşaq evdə diri-diri yandı

13 iyun 2025 , 13:16
Dünən bank kartlarından 20 minə yaxın  pul oğurlanıb

Dünən bank kartlarından 20 minə yaxın pul oğurlanıb

13 iyun 2025 , 12:18
Ağdamda insan sümükləri  tapıldı

Ağdamda insan sümükləri tapıldı

13 iyun 2025 , 11:03
Bakıda kişi yola benzin tökdü, özü də yandı

Bakıda kişi yola benzin tökdü, özü də yandı

13 iyun 2025 , 10:49
Avropa onu Azərbaycana təhvil verdi

Avropa onu Azərbaycana təhvil verdi

13 iyun 2025 , 10:07
Xəstə uşaq şəkilləri  ilə pul yığırdı, saxlanıldı - VİDEO

Xəstə uşaq şəkilləri ilə pul yığırdı, saxlanıldı - VİDEO

13 iyun 2025 , 10:06
Bakıda maşın kişinin üstündən keçdi

Bakıda maşın kişinin üstündən keçdi

13 iyun 2025 , 09:50