Həbsdə olan general Rövşən Əkbərovun oğlu ölkəni tərk edib.
Lent.az-ın məlumatına görə, bu barədə tanınmış vəkil Elçin Sadıqov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, məlumatı polis şöbəsindən öyrənib:
“Polis şöbəsi ilə əlaqə saxladım. Rövşən Əkbərovun oğlunun mənə hücum etməsi və xəsarət yetirməsi üzrə şikayətimin araşdırılması durumu ilə maraqlandım. Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman sentyabrın 2-də ölkəni Türkiyə istiqamətində tərk etdiyindən onun dindirilməsi mümkün olmayıb”.