Tanınmış vəkil Elçin Sadıqova hücum olub.
Lent.az xəbər verir ki, bu barədə vəkil özünün "facebook" hesabında paylaşım edib.
Onun sözlərinə görə, həbsdə olan Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun oğlu ona hücum edib. O bildirib ki, hadisə məhkəmə iclasından sonra baş verib:
“Bu gün general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Fəday Əliyevin hüquqlarını müdafiə edirəm.
Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclasından çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkənin qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı.
Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut var".
E.Sadıqov general Rövşən Əkbərovun oğlunun hücum etməsi faktının araşdırılması üçün Daxili İşlər naziri Vilayət Eyvazov və Baş Prokuror Kamran Əliyevə müraciət edib.