"Razin"dəki "Akkord" binalarında NÖVBƏTİ FACİƏ:  qadın 10-cu mərtəbədən yıxılıb öldü
14 avqust 2025 15:12 (UTC +04:00)

"Razin"dəki "Akkord" binalarında NÖVBƏTİ FACİƏ: qadın 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda daha bir qadın hündürmərtəbəli binadan yıxılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu hadisə də Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Akkord” binalarından birində qeydə alınıb.

35 yaşlı Zəkiyeva Xədicə Abbasəli qızı 10-cu mərtəbədən yıxılaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, iki gün əvvəl də Bakıxanovdakı “Akkord” binalarında 17 yaşlı qızın yıxılaraq, ölməsi barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar