Beyləqanda kişi intihar edib.
Lent.az-ın məlumatına görə, hadisə dekabrın 6-da saat 10 radələrində Beyləqan rayonunun Baharabad kəndində baş verib.
Kənd sakini 65 yaşlı İbrahimcan Muradov evdə ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.
Faktla bağlı Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, mərhumun iki məktəbli övladı var. O, həyat yoldaşı evdən çıxandan sonra yaşadığı evdə özünə atəş açaraq həyatına son qoyub.
Məlumata əsasən, İ. Muradov bir ildir ki, xəstəlikdən əziyyət çəkirmiş.