Qusarda yeniyetmə kanalda batıb.
Lent.az xəbər verir ki, hadisə Samur-Dəvəçi kanalının rayonun Cağar Qışlaq kəndi ərazisindən keçən hissəsində baş verib. 16 yaşlı Rəhimxanov Nizam Rimixan oğlu adı çəkilən kanalda bataraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
23 iyul, 2024 Saat: 16:45
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samur Abşeron kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.