Moskva ətrafında qonşular arasında baş verən qarşıdurma qətliamla başa çatıb, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Lent.az bildirir ki, Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq Komitəsinin mətbuat xidmətnin xəbərinə görə, hər şey mənzillərdən birində baş verib. 29 yaşlı kişi iki qonşusuna bıçaqla xəsarət yetirib, daha sonra isə intihara cəhd edib.
Yaralılardan biri hadisə yerində dünyasını dəyişib, ikincisi isə hücum edənin özü də təcili yardımla xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı cinayət işi açıb, müstəntiqlər artıq şahidləri dindiriblər.