Quba sakini ehtiyatsızlıqdan özünü güllələyib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinə dekabrın 27-də saat 14 radələrində Qonaqkənd qəsəbəsi ərazisində qəsəbə sakini E.Əhmədovun ehtiyatsızlıqdan ov tüfəngindən açılmış atəşdən topuq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. E.Əhmədovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb. O, xəstəxanaya yerləşdirilib.