Qəbələdə bələdiyyə sədri   zibilliklərə görə cərimələndi - FOTO
13 iyun 2023 12:38 (UTC +04:00)

Qəbələdə bələdiyyə sədri zibilliklərə görə cərimələndi - FOTO

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 10-da Qəbələ rayonu ərazisində tədbirlər keçirib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu zaman Vəndam, Nic, Zarağan kəndləri ərazilərində qanunsuz kömür istehsalı, Nohurqışlaq kəndində qanunsuz çınqıl daşınması, Qəbələ şəhəri, həmçinin Həmzəli, Qəmərvən, Kiçkik Pirəli, Sarağan kəndləri və Almadağ adlanan ərazidə məişət tullantılarının tutumlardan kənara atılması, Emirvan kəndində isə məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizanın rəyi ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi), 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması), 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə Emirvan kənd bələdiyyəsinin sədri və rayon sakinləri olan 11 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.  

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1233
avatar

Oxşar yazılar