Gəncədə bacısını bıçaqlayan şəxsin adı məlum olub.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin qardaşı, 2002-ci il təvəllüdlü Emin Verdiyevin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
***
saat 08.40
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə hadisə şəhər ərazində qeydə alınıb.
Belə ki 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadın dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə G. Mirzəyeva qardaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.