Qaradağ rayon İcra Hakimiyyətində ƏMƏLİYYAT:  müavin və şöbə müdiri həbs edildi - YENİLƏNİB
01 noyabr 2025 23:55 (UTC +04:00)

Qaradağ rayon İcra Hakimiyyətində ƏMƏLİYYAT: müavin və şöbə müdiri həbs edildi - YENİLƏNİB

0

Qaradağ rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. 

Lent.az xəbər verir ki, icra başçısının müavini  Nadir Muradov və Təsərrüfat şöbəsində baş məsləhətçi- mühəndis vəzifəsində çalışan Qafar Abdullayev barəsində  4 aylıq həbs qərarı çıxarılıb.

Bundan başqa, İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin digər əməkdaşının da saxlanıldığı bildirilir.

***

Saat 22:18

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. 

Lent.az "Unikal"a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib. 

Onun hansı səbəbdən həbs olunduğu hələlik açıqlanmayıb. 

N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbsqətimkan tədbiri ilə bağlı qərar verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Qaradağ İcra Hakimiyyətinin daha iki şöbə müdiri də saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1632

Oxşar yazılar