Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə fevralın 10-da saat 10 radələrində Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qeydə alınıb. Abşeron rayon sakinləri M.Zülfəliyevin idarə etdiyi “Tofaş” və Şöhlət Quliyevin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Quliyev orada ölüb, digər sürücünün vəziyyəti orta-ağırdır.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən Ş. Quliyev Qarabağ qazisidir.