Türkiyəli aktrisa Hande Erçel məşhur Valentino dəfiləsinə qatılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa tədbirdə geyim tərzi ilə yanaşı, əlində tutduğu kitablarla da diqqət mərkəzinə düşüb.
Hande Erçelin Nobel Ədəbiyyat Mükafatı laureatı Orhan Pamukun kitablarını özü ilə gətirdiyi görülüb. Aktrisa fotoqrafların qarşısına keçərkən kitabları da əlində saxlayıb. Onun Orhan Pamukun kitabları ilə verdiyi pozlar sosial şəbəkələrdə maraqla qarşılanıb.
Hande Erçel son illərdə xaricdə keçirilən nüfuzlu moda tədbirlərinin tez-tez qonağı olur.