Sankt-Peterburqda qara magiya ilə məşğul olan 23 yaşlı sektaçı qadın özünü 16-cı mərtəbədən ataraq öldürüb.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, çılpaq halda özünü öldürən qadın moskvalı imiş.
O, hadisə yerində keçinib. Qohumlarının dediyinə görə, o son vaxtlar hansısa bir sektaya üzv olubmuş. Tez-tez şeytan, sui-qəsd planları və qara magiya barəsində söhbət açırmış. Ölən qızın 3 il öncə oğurluğa görə həbs olunduğu da qeyd edilir.