Qanunsuz silahlar polisə təhvil verildi-FOTO
11 noyabr 2023 08:33 (UTC +04:00)

Qanunsuz silahlar polisə təhvil verildi-FOTO

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması  istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. 

DİN-dən Lent.az-a bildirilib ki, keçirilən tədbirləri nəticəsində həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, yivli və yivsiz ov silahlarını polisə könülllü təhvil veriblər. 

Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3221

Oxşar yazılar