Prokurorluqdan bəraət alan şəxslərin yenidən  HƏBS TƏLƏBİ
18 fevral 2022 14:23 (UTC +04:00)

Prokurorluqdan bəraət alan şəxslərin yenidən HƏBS TƏLƏBİ

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs-qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, xəbər verildiyi kimi, Əsgər Bayramov vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında Ural Hava yolları ilə Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri almış 101 nəfər şəxsə neqativ nəticəli saxta COVID-19-a dair test sənədlərini hazırlayıb sataraq ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Faktla bağla Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. Məhkəmənin 2021-ci il noyabrın 23-dəki hökmü ilə Əsgər Bayramovun əməli Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə tövsif edilməklə CM-ni 308.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək islah işləri cəzası təyin edilib. Cəzası faktiki çəkilmiş hesab edilərək onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalından azad edilib.

Dövlət ittihamçısı tərəfindən həmin hökmdən verilmiş protestə Bakı Apellyasiya Məhkəməsində baxılmış və 2022-ci il yanvarın 21-dəki qərarla hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutların məcmu qaydada qiymətləndirilməməsi, sübutların cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun tədqiq edilməməsi, bunun nəticəsi olaraq Əsgər Bayramovun əməlinin tövsifində səhvə yol verilməsi, həmçinin cəza təyini zamanı məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olmayan yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin olunması əsası ilə dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Eyni zamanda, digər cinayət işi üzrə də - Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il fevralın 19-dakı hökmü ilə azadlıqdan məhrum edilən İlham Xıdırov və Nazim Mustafayevə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2021-ci il dekabrın 14-dəki hökmü ilə bəraət verilməsi səbəbindən dövlət ittihamçısı tərəfindən irəli sürülən ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməməsi əsası ilə kassasiya protesti verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2643
avatar

Mehman Nəbiyev

Oxşar yazılar