Moskvada prokuror jurnalist Aleksandr Nevzorova (xarici agent kimi fəaliyyət göstərən fiziki şəxs) qiyabi olaraq 9 il həbs cəzası verilməsini məhkəmədən xahiş edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumat yaymaqda ittiham olunur. İşə Basmannı məhkəməsi baxır.
İstintaqın məlumatına görə, Nevzorov 2022-ci il martın 9-dan mayın 30-dək siyasi nifrət və Ukraynadakı müharibə ilə fikir ayrılığı zəminində İnternetdə mötəbər, bilərəkdən yalan məlumat adı altında Mariupoldakı 3 saylı şəhər xəstəxanasındakı doğum evini rus həbrçilərinin dağıtması bə Buçada əhalinin məhvi ilə bağlı materiallar dərc edib. Rusiya Müdafiə Nazirliyi bundan əvvəl bu məlumatı təkzib edib.
Ötən il aprelin 29-da Nevzorov beynəlxalq axtarışa verilib, mayın 6-da isə məhkəmə qiyabi həbs qətimkan tədbiri seçib. Nevzorovun əmlakına həbs qoyulub. Bundan əvvəl o, mart ayında Rusiyanı tərk edib.