Rusiyanın Novosibirsk vilayətində sahibkar diri-diri yanıb. Məlumata görə, həmin şəxs fevralın 14-də oğurluq işi ilə bağlı polis bölməsinə gəlməli imiş.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Dovolnoye kəndində 45 yaşlı iş adamının meyitini həyat yoldaşı yaşadıqları evin həyətində aşkar edib. Qadın alovu söndürməyə çalışsa da, onu xilas edə bilməyib.
Məlumata əsasən, həmin şəxs iki dəfə məhkum olunub. 2010-cu ildə narkotika görə səkkiz il, 2020-ci ildə qanunsuz silah əldə etmə və saxlama ittihamı ilə 1,5 il şərti azadlıqdan məhrum edilib.