Moskvanın cənubunda aqressiv silahlı polis tərəfindən ağır yaralanıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə bu gecə saat 1 radələrində baş verib. Biryulevskaya küçəsində naməlum şəxsin əlində silahla qışqıraraq və qapını sındıraraq, mənzilə soxulması barədə polisə məlumat daxil olub.
Hadisə yerinə gələn DİN-in Biryulyovo-Vostoçnoe rayonu üzrə patrul xidmətinin əməkdaşları girişdə naməlum şəxsi görüblər. O, təslim olmaq istəməyib, silahı polisə doğru tutub. Belə olduqda polis atəş açıb. Nəticədə kişi bud və omba nahiyəsindən yaralanaraq, xəstəxanaya yerləşdirilib. Zərərçəkənin həmçinin cinsi orqanından da xəsarət aldığı qeyd olunur.
Onun həmin evin 50 yaşlı sakini olduğu üzə çıxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun hadisə yerindən götürülmüş “MP-153” markalı ov tüfənginə lisenziyasının olub-olmadığını araşdırır.