Nijni Novqorodda öldürülən Daxili İşlər Nazirliyinin mayoru Olqa Molodçenkovanın meyiti tapılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, regional İstintaq İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, Nijni Novqorod qadının əri qətldə şübhəli bilinərək saxlanılıb. İlkin məlumata görə, o, həyat yoldaşı ilə əmlak bölgüsünə görə mübahisə edib. Şübhəli şəxs ona bir neçə bıçaq zərbəsi vurub. Arvadını öldürərək meyiti Oka çayının sahilinə çıxararaq orada basdırıb.
Həbsdən sonra təqsirləndirilən şəxs hər şeyi etiraf edib. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci “Qətl” maddəsi ilə cinayət işi başlanıb.
Baş idarənin mətbuat xidməti qeyd edib ki, Olqa Molodçenkova Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin şöbə rəisinin müavini olub. O, 20 ildən artıq hüquq-mühafizə orqanlarında xidmət edib.