Vətəndaşa qarşı kobud rəftar edən polis mayoru İlqar Süleymanov vəzifəsindən azad olunub.
Lent.az-ın məlumatına görə, bununla bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili İlqar Süleymanov daxili işlər orqanlarından xaric edilib.
Qeyd edək ki, İ. Süleymanov bundan əvvəl Gəncə Beynəlxalq Hava Limanında Polis Şöbəsinin rəisi olub. O, bir neçə ay əvvəl Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təyinat almışdı.