Türkiyədə paltarları paltaryuyan maşından çıxaran qadını cərəyan vurub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sakarya şəhərinin Kaynarca qəsəbəsində baş verib. Paltarları boşaldan Saime Topçunu elektrik cərəyanı vurub.
Anasının huşunu itirərək yerə yıxıldığını görən qızı dərhal təcili tibbi yardım çağırıb. Xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.