Ovçu  dostunu çaqqalla   səhv saldı: Başından güllələdi
24 yanvar 2023 19:33 (UTC +04:00)

Ovçu dostunu çaqqalla səhv saldı: Başından güllələdi

Dağıstanda ovçu təsadüfən dostunu çaqqalla səhv salaraq güllələyib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, birlikdə ova getdikdən sonra kişilər çaqqalı vurublar, bundan sonra işdə adı keçən şəxs maşından düşmək, yaralı ovunu tapıb qurtarmaq qərarına gəlib və dostu yoluna davam edib.

Bu fiquru görən kişi atəş açıb, lakin məlum olub ki, bu, heyvan deyil, onun dostudur. Ovçu zərərçəkmişi xəstəxanaya çatdırsa da, həkimlər görmə sinirinə təhlükə yarandığı üçün başına dəyən gülləni çıxara bilməyiblər.

İndi zərərçəkənin vəziyyəti ağırdır, lakin o, heç bir izahat yazmayıb. 

# 2268
avatar

Oxşar yazılar