Ordumuzun əsgəri təlimdə öldü
05 aprel 2024 22:38 (UTC +04:00)

Ordumuzun əsgəri təlimdə öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

# 3822
avatar

Oxşar yazılar

Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

27 may 2024 , 10:30
Beyləqanda fəhlə  intihar etdi

Beyləqanda fəhlə intihar etdi

27 may 2024 , 09:20
Salyanda maşın piyadanı vurub öldürdü

Salyanda maşın piyadanı vurub öldürdü

27 may 2024 , 00:46
Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

26 may 2024 , 18:52
Kür məcradan çıxır

Kür məcradan çıxır

26 may 2024 , 16:21
Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

26 may 2024 , 14:06
Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43