Oğurlanan qızıllar
27 aprel 2022 18:57 (UTC +04:00)

Oğurlanan qızıllar

Oğrulardan götürlən 45 minlik qızıl niyə sahibinə qaytarılmır? - RƏSMİ

Bir müddət əvvəl Göyçayda qara maskalıların qızıl mağazasına basqın etməsi və külli miqdarda oğurluq etməsi barədə məlumat vermişdik.

Lent.az-ın xəbərinə görə, sosial şəbəkədə bildirilib ki, hadisədən 1 ay keçməsinə baxmayaraq, polisin maddi sübut kimi götürdüyü qızıllar hələ də sahibinə qaytarılmır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimovla bildirib ki, hazırda ekspertiza aparıldığı üçün qızıllar sahibinə geri qaytarılmır:

Mahir Mənsimov

“Martın 26-da Göyçay şəhəri ərazisində yerləşən mağazadan 45 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı zərərçəkən Cəbrayıl Abakarovun müraciəti əsasında rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Əməliyyat zamanı hadisəni törədən 3 nəfər rayon sakini Əfsun Səlimzadə və iki nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. Cinayət işi üzrə ifadənin yerində yoxlanılması keçirilib və saxlanılan şəxslərin oğurlayaraq torpağa basdırdıqları qızıllar oradan götürülərək istintaqa təqdim edilib. 

Zərərçəkən Cəbrayıl Abakarov oğurlanmış qızıl-zinət əşyalarının dəqiq siyahısını polisə təqdim etməsə də, götürülən maddi sübutların içərisində 15 min manat dəyərində qızılların olmadığını bildirib. Odur ki, aşkar edilərək götürülən, eləcə də C.Abakarovun deməsinə görə, ortada olmayan qızılların qiymətlərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib. Ekspertiza qiymətləndirməni yekunlaşdırdıqdan sonra həmin qızıllar sahibinə geri qaytarılacaq.

Cəbrayıl Abakarovla Əfsun Səlimzadə arasındakı narazılığa səbəb isə təqsirləndirilən şəxsin iddiasına görə, zərərçəkənin dəymiş maddi ziyanı artıq deməsidir.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Saxlanılan üç nəfərdən ikisi barəsində yetkinlik yaşına çatmadıqları üçün "valideyn nəzarəti altına vermə”, Ə.Səlimzadə barəsində isə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3486
avatar

Mehman Nəbiyev

Oxşar yazılar