Ata oğluna verilən ev tapşırığının miqdarından şikayət etmək üçün dəfələrlə məktəbə və polisə zəng etdikdən sonra tutulub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, fevralın sonunda ABŞ-ın Ohayo ştatının Oksford şəhərində Adam Sayzmor məktəb rəhbərliyindən narazılığını ifadə edərək, direktora müraciətində deyib: “Ümid edirəm ki, bu gün böyük oğlan şalvarını geyinib mənimlə böyüklər kimi danışarsan”.
Məktəb onun zənglərinə cavab vermədikdə o, polisə müraciət edib. Əməliyyatçı serjant Adam Prays deyib: "O, dispetçerə təxminən 18 dəfə zəng etdi. Bu, pozucu davranış idi. Ev tapşırıqlarının miqdarı anormal deyil".
Dispetçer tək ataya xəbərdarlıq edib ki, onun daimi zənglərinə görə polis göndəriləcək. Nəticədə o, telekommunikasiya təqib və təhdid ittihamı ilə həbs edilib.
Lakin kişi ona qarşı irəli sürülən ittihamların “çoxunu” rədd edir. Qanuna görə, hər bir telekommunikasiya təqibi ittihamına görə, Sayzemoru altı aya qədər həbs cəzası və hər pozuntuya görə 1000 dollar cərimə gözləyir. Hədələyici ittiham həmçinin 250 dollar cərimə və 30 günə qədər həbslə nəticələnə bilər.