Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev tutduğu vəzifədən azad edilib.
Lent.az-ın məlumatrına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Namidan Piriyev BDYPİ-nin rəis müavini təyin olunub.
N.Piriyevin yerinə hələlik təyinat yoxdur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a faktı təsdiqləyib.
Qeyd edək ki, BDYPİ-nin rəisi Ramiz Zeynalovdur.