Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı Sumqayıtdan Bakıya sərnişin daşımaqla məşğul olan “Ford” markalı mikroavtobusun sürücüsü Əli Qasımov da nəzarət-yoxlama qaydasında saxlanılıb. Araşdırma zamanı sürücünün mikroavtobusu sərnişinlərin həyatlarını təhlükə altına qoyaraq narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
Avtomobildən əlavə olaraq qablaşdırılan külli miqdarda marixuana da aşkar edilib. Eyni əməli törədən daha bir sürücü Rövşən Zeynalovun da nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrin təsiri altında idarə etdiyi müəyyən edilib. Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.